Gender testindən imtina 5 illik diskvalifikasiya ilə nəticələndi
İdman
23.10.2025 18:12
Portuqaliyalı üzgüçü Hannah Kaldas beş il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
TodayPress TV Beynəlxalq Üzgüçülük Federasiyasına istinadən xəbər verir ki, qərar idmançının dünya çempionatında qadınlar kateqoriyasında iştirak etmək üçün tələb olunan gender təsdiqi testindən imtina etməsi səbəbindən qəbul edilib.
Nəticədə Hannah Kaldas 2030-cu ilin oktyabrına qədər bütün yarışlardan uzaqlaşdırılıb. Onun 2022-ci ilin iyunundan 2024-cü ilin oktyabrına qədər əldə etdiyi bütün göstəriciləri etibarsız sayılacaq.
Xatırladaq ki, 47 yaşlı transgender üzgüçü əvvəllər qapalı şəraitdə keçirilən qayıq sürmə yarışında dünya rekordunu müəyyən edib. O, həmçinin krossfit idman növündə də fərqlənib.
Namiq HUN
tag: Gender,Test,İmtina,Diskvalifikasiya,Todaypress.tv,
