Ulduz basketbolçunun gələcək NBA karyerası açıqlandı

İdman

17.09.2025 12:28

40 yaşlı “Los-Anceles Leykers” basketbol klubunun forvardı və dördqat NBA çempionu LeBron Ceyms müəyyən şərtlərlə 2027-ci ilə qədər liqada çıxış edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) rəhbər şəxslərindən biri anonim olaraq məlumat yayıb. 

Bildirilib ki, LeBron “Leykers” növbəti mövsümdə çempion olmasa, daha bir-iki mövsüm oynaya bilər. 

Basketbolçunun oğlu Brays Ceyms 2026-cı ildə drafta qatılmaq hüququ qazanacaq və LeBron onunla eyni komandada oynamağı arzulayır.

Ulduz basketbolçu yalnız göstəriciləri kəskin aşağı düşərsə və ya “Leykers” çempionluq qazanarsa, karyerasını bitirə bilər. Əks halda, onun 2026/2027-ci illər mövsümündə də meydanda olacağı ehtimal edilir.

Namiq HUN

TodayPress TV

tag: Lebron Ceyms,Los Anceles Leykers,NBA,Karyera,Todaypress.tv,