Gəncədə qələbə əzmi: cüdoçularımız finala yüksəldi

İdman

04.04.2026 17:08

Azərbaycanın beş yeniyetmə cüdoçusu Avropa Kubokunun finalına yüksəlib. 

TodayPress TV xəbər verir ki, Fərid Rzazadə (50 kq), İbrahim Talıbov və Rza Xəlilli (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq) və Fatimə Fərmanzadə (48 kq) Gəncə turnirinin həlledici qarşılaşmalarında iştirak hüququ qazanıblar.

Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. 

Qeyd edək ki, cüdo üzrə Avropa Kuboku aprelin 5-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Avropa Kuboku,Cüdo,Final,Azərbaycan,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo