Gəncə klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirdi
“Kəpəz” qış fasiləsində üçüncü transferini reallaşdırıb.
TodayPress TV-nin sportinfo.az-a istinadən xəbərinə görə, “Kəpəz” qış fasiləsində üçüncü transferini reallaşdırıb və Rəhman Hacıyevi heyətinə qatıb.
“Səbail” klubunun yarımmüdafiəçisi ilə 5 aylıq müqavilə imzalanıb. Əgər “Kəpəz” Premyer Liqada qalsa, müqavilə daha bir il uzadılacaq.
Qeyd edək ki, qış transfer pəncərəsi ərzində “Kəpəz” artıq Veysəl Rzayevi (“Turan Tovuz”dan) və Mate Abuladzeni (Gürcüstanın “Samqurali” klubundan) heyətinə qatıb.
Namiq HUN