Fyodor Yemelyanenko yumruq döyüşlərinə çıxacaq?
İdman
21.06.2025 09:18
Qarışıq döyüş növləri üzrə əfsanəvi rusiyalı idmançı Fyodor Yemelyanenko yumruq döyüşləri üzrə ixtisaslaşan, amerikalı iş adamı Devid Feldmandan təklif alıb.
TodayPress TV MMA Mania portalına istinadən xəbər verir ki, bu barədə təşkilatın rəhbəri məlumat verib.
Feldman tərəflər arasında danışıqların aparıldığını bildirib:
“Bu format bəzi döyüşçülərə uyğundur, bəzilərinə isə yox. Fyodorla müqavilə məsələsində əsas məsələ onun nə qədər qazanmaq istədiyi və bizdən nə qədər tələb etməsidir”, - deyə Feldman MMA Mania portalına açıqlamasında bildirib.
Qeyd edək ki, Fyodor Yemelyanenko sonuncu döyüşünü 2023-cü ilin fevralında amerikalı Rayan Beyderə qarşı keçirib və birinci raundda nokautla məğlub olub. Həmin döyüşdən sonra o, peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Namiq HUN
tag: Döyüşçü,Təklif,Yumruq,Döyüşü,Todaypress.tv,