Futbolçu dopinq qalmaqalı fonunda müəmmalı avatar yerləşdirdi
İdman
24.06.2025 09:26
“Çelsi” futbol klubunun və Ukrayna millisinin hücumçusu Mıxail Mudrik sosial şəbəkələrdən birində profil şəklini dəyişərək məşhur "Amerikalı psixopat" filmindəki Patrik Beytmanın obrazını avatar kimi seçib.
TodayPress TV xəbər verir ki, izləyicilər futbolçunun bu seçimini internetdə geniş yayılmış "sigma kişi" anlayışı ilə əlaqələndirirlər.
Bu ifadə soyuqqanlı, özünə güvənən və sərt xarakterli kişiləri təsvir etmək üçün istifadə olunur.
Xatırladaq ki, ötən ilin sonlarında Mudrik dopinq qalmaqalına cəlb olunub. Onun orqanizmində qadağan olunmuş maddə - meldonium aşkarlanıb və bu səbəbdən o, rəsmi oyunlarda iştirak etmir.
Daha əvvəl Britaniya mətbuatı “Çelsi” klubunun Mudriki, dopinqdə təqsirli bilinəcəyi halda məhkəməyə vermə ehtimalını yazmışdı. Klub müqavilə şərtlərinin pozulmasına görə təzminat tələb edə bilər.
Namiq HUN
tag: Çelsi,Klub,Mıxail Mudrik,Avatar,Todaypress.tv,