III MDB Oyunlarının iştirakçıları Bakıda
İdman
24.09.2025 09:00
Üç ölkənin komandaları Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.
TodayPress TV xəbər verir ki, bunlar Belarusun və Qazaxıstanın stolüstü tennis, Özbəkistanın isə U-15 futbol komandasıdır.
İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.
III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
