ÇL-də yeni rekord: İngiltərə nəhəngindən tarixi seriya

ÇL-də yeni rekord: İngiltərə nəhəngindən tarixi seriya
21.01.2026 11:22 İdman

İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, London təmsilçisi Liqa mərhələsinin VII turu çərçivəsində İtaliyada “İnter”i 3:1 hesabı ilə məğlub etməklə bu göstəriciyə nail olub.

“Topçular” tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində ardıcıl 7 matçda qələbə qazanıb.

Hazırda “Arsenal” 21 xalla Çempionlar Liqasının Liqa mərhələsinin lideri mövqeyində qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər