“Formula-1” ulduzunun motivasiyası heç vaxt itmir – Mekis
“Red Bull” komandasının rəhbəri Loran Mekis, Maks Ferstappen ilə bağlı son problemlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Mekis vurğulayıb ki, Ferstappenin motivasiyası əvvəlki kimi yüksəkdir:
“Onu inandırmağa ehtiyac yoxdur. Bir neçə dəqiqə maşınlardan danışsanız, üzündə işıq görərsiniz, gözləri parlayır. Onun motivasiyasında heç bir dəyişiklik yoxdur. İşə yanaşması və irəliləyiş arzusu əvvəlki kimi qalır”.
Qeyd edək ki, son günlər Ferstappenin “Formula-1”dən ayrılmaq ehtimalı ilə bağlı açıqlamaları mediada geniş rezonans doğurub.
Namiq HUN