FIFA reytinqi açıqlandı: Azərbaycan millisinin mövqeyi dəyişmədi

İdman

20.01.2026 10:59

FIFA-nın 2026-cı il üçün açıqladığı ilk reytinq cədvəlində Azərbaycan milli komandası 127-ci pillədəki mövqeyini qoruyub.

TodayPress TV Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandamız əvvəlki kimi 1132.97 xalla 127-ci pillədə yerləşib.

Yanvar reytinqində ən böyük irəliləyişə Afrika Millətlər Kuboku turnirinin finalçıları - Mərakeş və Seneqal milliləri nail olub. Turnirinin qalibi olan Seneqal 7 pilləlik irəliləyişlə 12-ci sıraya yüksəlib. Mərakeş isə 6 pilləlik sıçrayışla dünya reytinqinin ilk onluğuna daxil olub.

FIFA reytinqində İspaniya millisi 1877.18 xalla liderliyini davam etdirir. İlk üçlüyün digər pillələrində isə müvafiq olaraq Argentina (1873.33 xal) və Fransa (1870 xal) millilərı yer alıblar.

Namiq HUN

TodayPress TV

tag: FIFA,Azərbaycan,Futbol,Komanda,Todaypress.tv,