Fernandeşdən möhtəşəm performans: Ronaldonun göstəricisini təkrarladı
Portuqaliyalı yarımmüdafiəçi Brunu Fernandeş “Mançester Yunayted”də vurduğu het-triklərin sayına görə həmyerlisi Kriştianu Ronaldoya çatıb. Hər iki futbolçunun İngiltərə klubunun heyətində 3 het-triki var.
TodayPress TV xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.
Fernandeş bu göstəriciyə Premyer Liqanın 2026/2027-ci illər mövsümünün ikinci turunda “İpsviç Taun”la matçda (5:2) çatıb. 31 yaşlı futbolçu qarşılaşmada 40, 61 və 68-ci dəqiqələrdə fərqlənərək het-trik edib.
Brunu Fernandeş 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun transfer dəyəri hazırda 35 milyon avro qiymətləndirilir.
Namiq HUN