“Fənərbağça” müdafiəni gücləndirdi
“Fənərbağça” klubu PSJ-nin futbolçusu Milan Şkrinyarın trasferini rəsmiləşdirib.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İstanbul təmsilçisi 30 yaşlı futbolçunun keçidinə görə Paris klubuna 7 milyon avro ödəyəcək.
Qeyd edək ki, Milan Şkrinyar son mövsüm icarə əsasında “Fənərbağça”da oynayıb. O, Super Liqada meydana çıxdığı 16 matçda 3 qol vurub.
Namiq HUN