Fələstindən inanılmaz nəticə: FIBA tarixində iki rekord birdən!
Fələstinin basketbol millisi 2029-cu il Asiya Kubokunun Qazaxıstanın Almatı şəhərində keçirilən ilkin təsnifat mərhələsinin B qrupunda Maldiv adaları yığmasını 168:78 hesabı ilə darmadağın edərək bir neçə rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə FIBA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Fələstin millisi bu uğurla Asiya Kubokunun təsnifat mərhələləri tarixində ən böyük xal fərqi ilə qələbə rekordunu müəyyənləşdirib.
Bundan əvvəlki rekord Bəhreyn yığmasına məxsus idi. Bəhreyn 2018-ci ilin ilkin təsnifat mərhələsində Banqladeşi 126:52 hesabı ilə məğlub etmişdi. Həmin oyunda xal fərqi 74 olmuşdu.
Fələstin millisi həmçinin FIBA-nın bütün yarışları, o cümlədən dünya çempionatı və Olimpiya Oyunları tarixində bir matçda toplanan xal sayına görə rekord müəyyənləşdirib.
Əvvəlki rekord ABŞ yığmasına məxsus idi. Amerikalılar 2012-ci il London Olimpiadasının qrup mərhələsində Nigeriyanı 156:73 hesabı ilə məğlub etmişdilər.
Beləliklə, Fələstin millisi Maldiv adaları üzərindəki 168:78 hesablı qələbə ilə həm ən böyük xal fərqinə, həm də bir oyunda ən çox xal toplama göstəricisinə görə FIBA tarixində yeni rekordlara imza atıb.
Namiq HUN