Entso Fernandes "Mançester Siti" ilə razılığa gəldi
İngiltərənin "Çelsi" klubunun futbolçusu Entso Fernandes "Mançester Siti" ilə şəxsi müqavilə barədə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Argentina millisinin yarımmüdafiəçisinin transferi hər iki klubun rəhbərliyindən asılıdır.
"Şəhərlilər" hələlik London təmsilçisinə rəsmi təklif təqdim etməyib, lakin tezliklə danışıqlara başlayacaq.
Xatırladaq ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Entso Fernandes 2023-cü ildən "Çelsi"də çıxış edir.