Əfsanəvi tennisçi yenə uduzdu: Venus Uilyamsın seriyası uzandı

Əfsanəvi tennisçi yenə uduzdu: Venus Uilyamsın seriyası uzandı
31.08.2026 10:51 İdman

“Böyük dəbilqə” turnirlərinin 7 qat qalibi, 46 yaşlı amerikalı tennisçi Venus Uilyams ABŞ Açıq çempionatının 2026-cı il turnirində mübarizəni ilk turda dayandırıb.

TodayPress TV xəbər verir ki, Uilyams ilk turda 27 yaşlı həmyerlisi, dünya reytinqinin 110-cu pilləsində qərarlaşan Sofiya Keninə 2:6, 6:7 (6:8) hesabı ilə məğlub olub.

1 saat 49 dəqiqə davam edən görüşdə Venus Uilyams bir dəfə də olsun eys edə bilməyib. 5 qoşa səhvə yol verən tennisçi qazandığı 7 breyk imkanından 2-sini reallaşdıra bilib. Kenin isə 1 eys vurub, 4 qoşa səhvə yol verib və qazandığı 9 breyk imkanından 4-nü xala çevirib.

İkinci setin tay-brekində Kenin 2:6 hesabından sonra 4 setbolu dəf etməyi bacarıb və yekunda qarşılaşmanı iki setdə qələbə ilə başa vurub.

Beləliklə, Venus Uilyams WTA səviyyəsində fərdi yarışlarda ardıcıl 15-ci məğlubiyyətini alıb.

Sofiya Kenin isə ABŞ Açıq çempionatının ikinci turunda daha bir amerikalı tennisçi Cessika Pequla ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər