Dyökereş “Mançester Yunayted”in təklifini geri çevirdi

İdman

14.06.2025 16:45

“Sportinq” klubunun hücumçusu Viktor Dyökereş “Mançester Yunayted” klubunun transfer təklifini qəbul etməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Mənbəyə əsasən, 27 yaşlı futbolçunun agentləri artıq “qırmızı şeytanlar”a onun qərarını çatdırıblar. 

Daha əvvəl “Mançester Yunayted”in Dyökereş üçün 71,4 milyon avro təklif etməyə hazır olduğu bildirilmişdi. 

İsveçli forvarda həmçinin “Arsenal” və “Yuventus” klubları da maraq göstərir.

Qeyd edək ki, son mövsümdə Dyökereş “Sportinq”in heyətində bütün turnirlərdə 52 oyuna çıxaraq 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 75 milyon avro qiymətləndirilir. 

Namiq HUN

tag: Mançester Yunayted,Sportinq,Təklif,Futbolçu,Todaypress.tv,