“Barselona” Messinin şərəfinə oyun keçirəcək

İdman

13.07.2025 11:45

“Barselona” klubu əfsanəvi futbolçusu Lionel Messi üçün xüsusi yoldaşlıq oyunu təşkil etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu qarşılaşma “Kamp Nou” stadionunun tam hazır vəziyyətə gətirilməsindən sonra baş tutacaq.

Kataloniya mətbuatının – xüsusilə “3Cat”ın məlumatına əsasən, klub artıq Messinin ailəsi ilə əlaqə yaradıb və argentinalı ulduz bu təşəbbüsə razılıq verib. Oyunun 2026/27 mövsümündə keçirilməsi gözlənilir. Bunun üçün stadionun dam örtüyü tam quraşdırılmalı və azarkeş sayına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.

Qeyd edək ki, “Kamp Nou” stadionunun yenidənqurma prosesi hələ tamamlanmayıb. Klub arenada ilk rəsmi qarşılaşmasını avqustun 10-da “Joan Gamper Kuboku” çərçivəsində keçirəcək. Bu matça 28 000–35 000 azarkeşin buraxılması nəzərdə tutulur.


tag: Barselona,Lionel Messi ,Kamp Nou,İdman,Todaypress.tv,