Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mübarizəni dayandırdı

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mübarizəni dayandırdı
30.08.2026 11:56 İdman

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəni dayandırıb.

TodayPress TV xəbər verir ki, Bakı klubu yarımfinalda Kanada millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 12:22 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komanda daha əvvəl 1/4 finalda Tailand millisini 19:12 hesabı ilə üstələmişdi.

10:08

30 avqust 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Takasaki" mərhələsinin həlledici oyunlarına start verilib. 

TodayPress TV xəbər verir ki, təmsilçimiz "Neftçi SOCAR" 1/4 finalda Tailand millisi üzərində 19:12 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Qeyd edək ki, təmsilçimiz yarımfinalda Kanada seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər