Dünya Kubokuna gedən yol: kritik yarış start götürür!

Dünya Kubokuna gedən yol: kritik yarış start götürür!
06.04.2026 12:52 İdman

Azərbaycan şahmatçıları Avropa çempionatında mübarizəyə başlayır.

TodayPress TV xəbər verir ki, Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatı keçiriləcək.

43 ölkədən 502 şahmatçının qatılacağı mötəbər turnirdə Azərbaycan 14 idmançı ilə təmsil olunacaq. Yarışda Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaqlar.

Aprelin 7-də start götürəcək qitə çempionatı 11 turdan ibarət olacaq və 19 aprel tarixində başa çatacaq.

Qeyd edək ki, turnirda uğurlu çıxış edən şahmatçılar Chess World Cup 2027 yarışına vəsiqə qazanacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər