Dieqo Simeone: “Klublararası dünya çempionatı tamam fərqli turnirdir”
İdman
13.06.2025 12:30
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone klublararası dünya çempionatındakı komandasının perspektivləri barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
“Hamımız bilirik ki, qrup mərhələləri nə qədər çətin ola bilər. Qarşıda üç güclü rəqib var. Əsas məqsədimiz pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Ondan sonra isə vəziyyətə uyğun hərəkət edəcəyik.
Turnir UEFA Çempionlar Liqasından fərqlənir. Orada ev və səfər formatında iki oyundan ibarət duellər olur. Burada isə hər şey bir oyunda həll olunur. Daha çox dünya çempionatına bənzəyir. Kim daha yaxşı formada olacaqsa, o da qalib gələcək. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, nəticə böyük ölçüdə hazırkı performansdan asılıdır. Lazımi anda oyuna köklənə bilsən, istədiyin nəticəyə nail olmaq mümkündür”, – deyə Simeone bildirib.
Qeyd edək ki, İspaniya təmsilçisi B qrupunda PSJ (Fransa), “Botafoqo” (Braziliya) və “Sietl Saunders” (ABŞ) klubları ilə qarşılaşacaq.
Namiq HUN
tag: Dieqo Simeone,Atletiko,Baş Məşqçi,Klub,Todaypress.tv,