Ronaldu daha bir rekorda imza atdı

İdman

08.10.2025 14:26

“Əl-Nəsr” və Portuqaliya millisinin ulduz hücumçusu Kriştianu Ronaldu 40 yaşında 1,4 milyard dollar sərvəti ilə tarixdə ilk milyarder futbolçu olub.

TodayPress TV xəbər verir ki, o, bu sərvəti ilə “Bloomberg” agentliyinin ən varlı adamları siyahısına düşüb.

Ronaldonun sərvəti Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə imzaladığı 400 milyon dollarlıq müqavilə və “Nike”, “Armani” kimi markalarla sponsorluq anlaşmaları ilə yüksəlib.

Ronaldo 2002-ci ildən 2023-ü ilə qədər 550 milyon dollar maaş, “Nike” ilə 10 illik 18 milyon dollarlıq müqavilə və digər sponsorluqlardan 175 milyon dollar qazanıb. 

2023-cü ildə “Əl-Nəsr”ə keçidi ilə illik 200 milyon dollar vergisiz maaş və 30 milyon dollar imza bonusu əldə edib.

Digər  biznesləri olsa da, sərvətinin əsas mənbəyi futbol gəlirləridir.

O, 2025-ci ildə “Əl-Nəsr”lə yeni müqavilə imzalayıb və bu müqavilədən yüksək gəlir qazanıb.

Bütün bunlar onun sərvətinin artmasına səbəb olub.

Namiq HUN

TodayPress TV

tag: Kriştiano Ronaldo, Futbolçu, Rekord,Milyarder,Todaypress.tv,