“Arsenal” Subimendini transfer etdi
İdman
21.06.2025 09:25
İngiltərənin “Arsenal” klubu yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb. London təmsilçisi “Real Sosyedad” klubunun yarımmüdafiəçisi Martin Subimendini heyətinə qatıb.
TodayPress TV xəbər verir ki, bu barədə məşhur insayder jurnalist Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, transfer artıq rəsmiləşib, futbolçu bütün tibbi prosedurlardan keçib və “topçular”ın oyunçusu olub. Martinin keçidi “Arsenal”a 65 milyon avroya başa gəlib. Klub məbləği bir neçə mərhələdə ödəyəcək.
Qeyd edək ki, son mövsümdə 26 yaşlı Subimendi “Real Sosyedad”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 48 matçda 2 qol vurub və 2 assistlə yadda qalıb.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
Namiq HUN
tag: Arsenal,Subimendi,Transfer,Müqavilə,Todaypress.tv,