Dani Bolt üçün “Qarabağ” macərası başa çatdı
“Qarabağ” klubu braziliyalı müdafiəçi Dani Boltla yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dani Bolt karyerasını Malayziyada davam etdirəcək. 26 yaşlı futbolçu “Cohor Darul-Tazim” klubuna keçib.
Qeyd edək ki, Bolt 2025-ci ilin yayında “Qarabağ”a transfer olunub. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 43 matçda 1 qol vurub.
Namiq HUN
TodayPress TV