Cüdoçuların Avropa Kuboku start götürdü

Cüdoçuların Avropa Kuboku start götürdü
02.08.2025 14:30 İdman

Şimali Makedoniyada cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçirilir. 

TodayPress TV xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycan 6 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunub. 

Skopye turnirinin ilk günündə Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Mehdi Musayev, Nizami İmranov (hər ikisi 66 kq) və Abil Yusubov (73 kq) tatami üzərində bacarıqlarını göstərəcəklər. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər