Cokoviç “Australian Open”də parlaq başlanğıc etdi
Dünyanın dördüncü raketkası, serbiyalı tennisçi Novak Cokoviç “Australian Open-2026” turnirinə qələbə ilə başlayıb.
TodayPress TV xəbər verir ki, o, birinci turda ispan tennisçi Pedro Martínez-Porteronu 6:3, 6:2, 6:2 hesabı ilə məğlub edib.
Matç 2 saat davam edib. Cokoviç oyunda 14 eys servis icra edib, heç bir dəfə ikiqat səhvə yol verməyib və 12 mümkün break-point-dən 5-nə nail olub.
Əks tərəfdən, Martínez-Portero oyunda iki eys edib, 6 ikiqat səhv edib və break-point qazana bilməyib.
Qeyd edək ki, “Australian Open-2026”nın ikinci turunda Novak Cokoviç italiyalı tennisçi Françesko Maestrelli (141-ci reytinq) ilə qarşılaşacaq.
Namiq HUN