ÇL-də taleyüklü qarşılaşma: “Qarabağ” səhnədə!

ÇL-də taleyüklü qarşılaşma: “Qarabağ” səhnədə!
21.01.2026 09:35 İdman

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin VII turu çərçivəsində Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə üz-üzə gələcək.

TodayPress TV xəbər verir ki, qarşılaşmanı isveçrəli FIFA referisi Sandro Şerer idarə edəcək.

Azərbaycan çempionu hazırda 7 xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb. Almaniya təmsilçisi “Ayntraxt Frankfurt” isə 4 xalla 33-cü sıradadır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək.

Namiq HUN

TodayPress TV 


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər