Çempionlar Liqası: Bakıdakı oyunu İsveçrə hakimləri idarə edəcək

Çempionlar Liqası: Bakıdakı oyunu İsveçrə hakimləri idarə edəcək
19.01.2026 15:01 İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ” və Almaniyanın “Ayntraxt Frankfurt” komandaları arasında keçiriləcək VII tur oyununun hakim təyinatları açıqlanıb.

TodayPress TV xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Sandro Şerer olacaq. Ona yan xətt hakimləri kimi Stefan De Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes fon Mandaks yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt Frankfurt” görüşü 21 yanvar tarixində, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər