“Çelsi” Dortmundun gənc ulduzuna elçi düşdü
İdman
02.06.2025 14:41
“Çelsi” klubu “Borussiya Dortmund”un cinah hücumçusu Ceymi Bayno-Qittensin transferi ilə bağlı danışıqlara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə The Teleqraph məlumat yayıb.
“Çelsi” futbolçu üçün təxminən 60 milyon avro təklif etməyə hazırdır. Rəqəm Bayno-Qittensin müqaviləsində göstərilən təzminat məbləğinə yaxın sayılır.
Gənc futbolçu cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 48 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının qiymətləndirməsinə görə, Bayno-Qittensin bazar dəyəri hazırda 50 milyon avro təşkil edir.
“Çelsi” transferi klub dünya çempionatına qədər reallaşdırmağı qarşısına məqsəd qoyub.
Namiq HUN
tag: Çelsi,Dortmunt,Elçi,Klub,Todaypress.tv,