“Fənərbağça” Zinçenkonu hədəfə aldı
İdman
11.08.2025 11:26
“Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo “Arsenal”ın ukraynalı sol cinah müdafiəçisi Aleksandr Zinçenkonu heyətdə görmək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Serxan Həmzəoğlu sosial şəbəkə “X”də məlumat yayıb.
Bildirilir ki, transfer baş tutarsa, Mourinyo Zinçenkonu mərkəz yarımmüdafiəsində, “altıncı nömrə” rolunda oynatmağı planlaşdırır.
Daha əvvəl “Fənərbağça” rəhbərliyi 28 yaşlı Zinçenkonun vəziyyəti ilə maraqlanıb və mümkün transfer üçün “Arsenal” rəsmiləri ilə görüş keçirib.
Qeyd edək ki, Aleksandr Zinçyenko 2022-ci ilin yayından “Arsenal”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur. Onun “topçular”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. Zinçenko daha əvvəl “Mançester Siti”, “Ufa” və PSV klublarında oynayıb.
Namiq HUN
tag: Fənərbağça,Zinçenko,Klub,Transfer,Todaypress.tv,