CAF finalda baş verən qalmaqalla bağlı açıqlama yaydı

İdman

19.01.2026 15:58

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun Seneqal–Mərakeş finalında baş verən qalmaqalla bağlı rəsmi açıqlama verib. 

TodayPress TV xəbər verir ki, final əlavə vaxtlarda Seneqalın etirazı ilə gərgin anlara səhnə olub. 

CAF oyun zamanı qeyri-münasib davranışları pisləyib və məsul şəxslərlə bağlı tədbir görüləcəyini bildirib:

“Afrika Futbol Konfederasiyası Rabatda keçirilən Mərakeş və Seneqal arasındakı Afrika Millətlər Kuboku finalında bəzi oyunçuların və rəsmi şəxslərin qəbul edilməz davranışını qəti şəkildə pisləyir.

Konfederasiya oyun zamanı, xüsusən də hakim briqadasına və oyun təşkilatçılarına qarşı hər hansı uyğun olmayan hərəkəti qətiyyətlə pisləyir. CAF bütün videoyazıları nəzərdən keçirir və məsul şəxslərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün işi səlahiyyətli orqanlara təqdim edəcək”.

Namiq HUN

TodayPress TV

tag: CAF,Qalmaqal,Açıqlama,Afrika,Todaypress.tv,