Bosfor faciəsi: Rusiyalı idmançının axtarışı sona yaxınlaşır

İdman

20.01.2026 15:44

Bu gün Bosfor boğazında naməlum kişinin meyiti tapılıb. 

TodayPress TV xəbər verir ki, bu RIA Novosti Sport Türkiyənin IHA informasiya agentliyinə istinadən məlumat yayıb. 

Meyitin 24 avqust tarixində həmin ərazidə itkin düşmüş rusiyalı üzgüçü Nikolay Sveçnikova məxsus ola biləcəyi ehtimal edilir. Artıq idmançının yaxınları meyitin tanınması üçün çağırılıblar.

Xatırladaq ki, 2025-ci ilin yayında İstanbulda Bosfor boğazı boyunca axın istiqamətində 6,5 kilometrlik üzgüçülük yarışı keçirilib. Yarışda ümumilikdə təxminən 3000 həvəskar idmançı iştirak edib. Onlardan təxminən 500-ü Rusiya təmsilçisi olub. 29 yaşlı Sveçnikovun itkin düşməsi finişdən təxminən 10 saat sonra məlum olub.

Daha sonra İstanbul polisi axtarışlara başlayıb, lakin əməliyyatlar nəticəsiz qalıb. İdmançının anası oğlu barədə məlumat verənlər üçün mükafat elan edib.

Namiq HUN

TodayPress TV

tag: Nikolay Sveçnikov,İdmançı,Üzgüçü,Meyit,Todaypress.tv,