Boksçumuz gümüş medal qazandı

Boksçumuz gümüş medal qazandı
02.08.2025 20:40 İdman

Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq kuboku”nda final görüşünə çıxıb.

TodayPress TV xəbər verir ki, 60 kq çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.

Qeyd edək ki, boksçumuz daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər