Bir dövr başa çatır: Bernardu Silva “Siti”dən gedir
İdman
20.01.2026 15:58
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva cari mövsümün sonunda komandasından ayrılmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "El Chiringuito TV" "X" sosial şəbəkəsində məlumat yayıb.
Bernardu Silva 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. Bu müddət ərzində o, klubun heyətində bütün turnirlərdə 437 oyun keçirib, 73 qol vurub və 76 məhsuldar ötürmə edib. Xosep Qvardiolanın rəhbərliyi altında portuqaliyalı futbolçu ümumilikdə 18 titul qazanıb. Onların sırasında altı İngiltərə çempionluğu və Çempionlar Liqasının kuboku da var.
Qeyd edək ki, cari mövsümdə Bernardu Silva “şəhərlilər”in heyətində 30 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Transfermarkt portalında yarımmüdafiəçinin bazar dəyəri 27 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN
tag: Mançester Siti,Bernardu Silva,Kubok,ÇL,Todaypress.tv,
