Berni Ekklstoun: “Mövsümü Oskar Piastri qazanacaq”

Berni Ekklstoun: “Mövsümü Oskar Piastri qazanacaq”
20.08.2025 13:10 İdman

Formula-1-in sabiq rəhbəri Berni Ekklstoun cari mövsümün favoritini açıqlayıb. 

TodayPress TV “Blick” nəşrinə istinadən xəbər verir ki, Ekklstoun, “Mclaren” komandasının avstraliyalı pilotu Oskar Piastrini titulun əsas namizədi sayır.

“Mən artıq üç yarışdan sonra avstraliyalıya pilotunun çempionatı qazanacağını bildirmişəm. O, öz yolunu tapıb və mental baxımdan komanda yoldaşı Lando Norrisə nəzərən xeyli üstünlük göstərir”, —Ekklstoun deyib. 

Hazırda Piastri 284 xalla pilotların ümumi sıralamasında liderdir. Komanda yoldaşı Lando Norris 275 xalla ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə 187 xalla “Red Bull” pilotu Maks Ferstappen tamamlayır.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər