Baş məşqçidən Vinisiusa dəstək: Bernabeu onun yanındadır

İdman

21.01.2026 11:42

Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa klubun hücumçusu Vinisius Juniora münasibətini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə sklubbun mətbuat xidmətinə danışıb.

“Bizə o, 100% lazımdır. O, çox vacib oyunçu olacaq və mən istəyirəm ki, xoşbəxt olsun, oyuna fokuslansın və həzz alsın. Vinisius bilir ki, mənim tam etimadım var - sərbəstlik və demək olar ki, bütün sehrini göstərmək öhdəliyi. Azarkeşlər tamamilə onun tərəfindədir: onu dəstəkləyirdilər, adını qışqırırdılar, qol vurmaq ərəfəsində belə alqışlayırdılar. Onun üçün azarkeşlərin sevgisini hiss etmək vacibdir. O, buraya çox gənc gəlmişdi və çox emosionaldır. “Bernabeu” mühitində olan və tələblərlə qarşılaşan hər kəs üçün bu heç vaxt asan olmur. Əgər “Bernabeu” azarkeşlərini bir sözlə təsvir etmək lazım olsa, o söz ədalət olar. Tribunalar oyunçuların səylərini mükafatlandırdı - qollar, kombinasiyalar, fədakarlıq və mentalitet üçün. Bizim vəzifəmiz vəziyyəti dəyişmək idi və oyunçular bunu əla etdilər”, - deyə Arbeloa bildirib.

Qeyd edək ki, Vinisiusun “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Alvaro Arbeloa,Vinisius ,Klub,Todaypress.tv,