“Barselona”nın hücum xətti dəyişir: Jezus və Alvares planı

“Barselona”nın hücum xətti dəyişir: Jezus və Alvares planı
31.08.2026 08:41 İdman

“Arsenal”ın hücumçusu Qabriel Jezusun “Barselona”ya keçidi ilə bağlı yeni detallar açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın COPE nəşrinin jurnalisti Helena Kondis məlumat yayıb. 

Onun sözlərinə görə, braziliyalı futbolçunun Kataloniya təmsilçisinə transferi tibbi müayinədən keçdikdən sonra rəsmən elan olunacaq.

“Barselona”nın bu keçid üçün “Arsenal”a 10 milyon avro və bonuslar ödəyəcəyi bildirilir.

Kondis vurğulayıb ki, Qabriel Jezusun transferi “Barselona”nın argentinalı hücumçu Xulian Alvaresi də heyətinə qatmaq planına təsir etməyəcək.

“Onun transferi tibbi müayinədən keçdikdən sonra açıqlanacaq. Keçid 10 milyon avroya başa gələcək və bonuslar da nəzərdə tutulub. Qabriel Jezusun transferi Xulian Alvaresin də alınması ehtimalını istisna etmir”, – deyə Helena qeyd edib.

Daha əvvəl “Barselona”nın Qabriel Jezusun transferi ilə bağlı “Arsenal”la razılığa gəldiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Qabriel Jezus 2022-ci ilin yayından “Arsenal”ın formasını geyinir. O, London təmsilçisində bütün turnirlər nəzərə alınmaqla 123 matçda iştirak edib, 32 qol vurub və 22 məhsuldar ötürmə verib.

Braziliyalı hücumçunun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun hazırkı bazar dəyəri 17 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər