"Barselona"nın braziliyalı futbolçusu zədələndi

"Barselona"nın braziliyalı futbolçusu zədələndi
18.01.2026 15:19 İdman

İspaniyanın "Barselona" klubunun braziliyalı futbolçusu Rafinya zədələnib.

TodayPress TV xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu bu həftə aldığı zədə səbəbindən XX turda səfərdə üz-üzə gələcəkləri "Real Sosyedad"la matçda meydana çıxmayacaq. Futbolçunun sağalma müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 49 xalla ilk pillədə yer alıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər