“Barselona”da gərginlik: Fernandeslə bağlı qadağa
İdman
20.01.2026 12:32
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik futbolçu Pedro Fernandesin əsas komanda ilə məşq etməsinə qadağa qoyub.
TodayPress TV xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkəsində "Sport.es" mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Kataloniya təmsilçisinin kapitanları məsələ ilə bağlı Fliklə söhbət aparıblar. Bundan sonra 18 yaşlı yarımmüdafiəçi “Barselona”nın məşq mərkəzində yalnız fərdi qaydada məşq edə bilər.
Daha əvvəl Pedro Fernandesi PSJ klubunun yaxından izlədiyi və transfer prosesinə şəxsən Paris təmsilçisinin baş məşqçisi Luis Enrikenin nəzarət etdiyi bildirilirdi.
KİV-in məlumatına əsasən, PSJ yaxın zamanda Fernandesi heyətinə qatmaq və 6 milyon avro məbləğində satınalma opsiyasını aktivləşdirmək niyyətindədir.
Namiq HUN
tag: Barselona,Futbol,Komanda,PSJ,Todaypress.tv,
