Azərbaycanlı qrossmeyster Veyk-an-Zedə zirvəni ələ keçirdi

Azərbaycanlı qrossmeyster Veyk-an-Zedə zirvəni ələ keçirdi
20.01.2026 11:48 İdman

Beynəlxalq qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze  şəhərində keçirilən “Tata Steel Challengers” turnirində liderliyə yüksəlib. 

TodayPress TV xəbər verir ki, şahmatçımız III turda Niderland təmsilçisi Elin Rubersi məğlub edib. 

Aktivində 2,5 xalı olan Aydın Süleymanlını hərəyə iki xal toplayan yeddi şahmatçıdan ibarət qrup izləyir. O, dördüncü turda çinli Lu Maoyi ilə qarşılaşacaq.

Xatırladaq ki, “Challengers” turnirinin qalibi gələn il Veyk-an-Ze şəhərində təşkil ediləcək “Tata Steel Masters”də iştirak etmək hüququ qazanacaq. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər