Azərbaycanlı oxatanlar Belarus turnirində fərqləndilər
Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilən P. İ. Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
TodayPress TV Azərbaycan Kamandan Oxatma Federasiyasının məlumatına istinadən xəbər verir ki, idmançılarımız yarışda iki medal əldə ediblər.
Fatimə Hüseynli U-21 yaş kateqoriyasının fərdi yarışında təsnifat mərhələsində 622 xal toplayaraq gümüş medal qazanıb.
Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət Azərbaycan komandası isə qızların komanda yarışında üçüncü yeri tutaraq bürünc medala sahib olub.
Namiq HUN