Azərbaycan Premyer Liqası: "Kəpəz" "Turan Tovuz"u evdə məğlub etdi
Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.
TodayPress TV xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 47-ci dəqiqədə Viktor Stina vurub.
Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.
***
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura davam edilir.
TodayPress TV xəbər verir ki, "Kəpəz" öz meydanında "Turan Tovuz"u qəbul edir.
Qarşılaşma Gəncə şəhər stadionunda keçirilir. Matçın baş hakimi Kamal Umudludur.
Xatırladaq ki, "Kəpəz" yeni mövsümdə bir oyun keçirib və məğlub olaraq xal qazana bilməyib. "Turan Tovuz" isə iki qarşılaşmadan sonra dörd xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.