Azərbaycan millisi 1/8 finalda Türkiyə ilə qarşılaşacaq

Azərbaycan millisi 1/8 finalda Türkiyə ilə qarşılaşacaq
28.08.2026 23:03 İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, oyunları Bakıda təşkil olunan C qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Türkiyə ilə qarşılaşacaq.

"Ay-ulduzlular" bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıb.

1/8 final oyunları avqustun 31-i xə sentyabrın 1-də İstanbulda baş tutacaq.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər