Azərbaycan futbolunun gələcəyi parlayır – “Sabah” çempion!

İdman

06.04.2026 15:00

“Sabah”ın U-14 komandası Türkiyədə keçirilən “Antalya City Friendship Cup” beynəlxalq futbol turnirinin qalibi olub.

TodayPress TV kluba istinadən xəbər verir ki, komanda baş məşqçi Nasir Nəsirlinin rəhbərliyi altında qrup mərhələsində Türkiyənin “Manavqat” (4:0), “TSI Academy” (7:1) və “Göztepe” (6:1) komandalarını məğlub edib.

U-14 Antalya turnirinin yarımfinal mərhələsində “Kardelenspor” (5:1) komandasına qalib gələrək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən “Young Pro” komandasına 3:0 hesabı ilə qalib gələn “Sabah” komandası “Antalya City Friendship Cup” beynəlxalq turnirini çempion kimi başa vurub.

Namiq HUN

TodayPress TV

tag: Sabah,Futbol,Turnir,Çempion,Todaypress.tv,