Azarkeşin stadionlara girişinə qadağa qoyuldu

Azarkeşin stadionlara girişinə qadağa qoyuldu
18.08.2025 16:21 İdman

“Liverpul” klubunun azarkeşi Premyer Liqanın ilk turunda “Bornmut”a qarşı matçda irqçi təhqirlərə yol verdiyinə görə stadionlara girişinə qadağa qoyulub.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. 

“Qırmızılar”ın azarkeşinin bu davranışına görə ilk hissədə fasilə yaranıb. Görüş yalnız bir neçə dəqiqədən sonra davam edib.

Qeyd edək ki, əlil arabasında olan azarkeş “Bornmut”un qanalı hücumçusu Antuan Semenyonu təhqir edib. Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Namiq HUN

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər