APL Matiss Telə qarşı irqçi təhqirlərə reaksiya verdi

APL Matiss Telə qarşı irqçi təhqirlərə reaksiya verdi
14.08.2025 15:30 İdman

İngiltərə Premyer Liqası (APL) “Tottenhem Hotspur”un hücumçusu Matiss Telin UEFA Superkuboku oyunundan sonra sosial şəbəkələrdə hədəf olduğu irqçi təhqirlərlə bağlı rəsmi açıqlama yayıb. 

TodayPress TV xəbər verir ki, PSJ klubuna qarşı keçirilən görüş (2:2, penaltilər 3:4) zamanı Tel penalti seriyasında zərbəsini dəqiq yerinə yetirə bilməyib. 

APL-in bəyanatında bildirilib:

“İrqçiliyə nə oyunumuzda, nə də cəmiyyətimizdə yer var. Biz Matissə tam dəstək veririk və bu məsələnin araşdırılmasında “Tottenhem” klubuna kömək edəcəyik.

Hər kəsi gördüyü, eşitdiyi və ya qarşılaşdığı diskriminasiya hallarını bildirməyə çağırırıq”.

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər