Ankarada Azərbaycan bayrağı yüksəldi: iki bürünc medal

Ankarada Azərbaycan bayrağı yüksəldi: iki bürünc medal
19.01.2026 15:26 İdman

Azərbaycan qılıncoynadanları Türkiyənin paytaxtı Ankarada keçirilən açıq turnirdə uğurlu çıxış edərək iki bürünc medal qazanıblar.

TodayPress TV xəbər verir ki, böyüklər arasında Maqsud Hüseynli, gənclər arasında isə Fərəh Abasova sablya növündə mükafatçılar sırasına düşüblər.

Digər kişi sablyaçılarımızın nəticələri belə olub:

• Rəsul Əliyev – 7-ci yer

• Timur Husnaddinov – 12-ci yer

• Nahid Məmmədli – 22-ci yer

Qızların turnirində isə medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci yerə layiq görülüb. Komanda yoldaşlarının nəticələri belə olub:

• Leyla Əhmədova – 11-ci yer

• Ayan Ağasıyeva – 13-cü yer

• Züleyxa Sultanlı – 20-ci yer

• Cahan Sadıxova – 24-cü yer

• İrina Lobas – 27-ci yer

Namiq HUN

TodayPress TV

FOTOLAR

Ankarada Azərbaycan bayrağı yüksəldi: iki bürünc medal — 1
Ankarada Azərbaycan bayrağı yüksəldi: iki bürünc medal — 2
Ankarada Azərbaycan bayrağı yüksəldi: iki bürünc medal — 3
Ankarada Azərbaycan bayrağı yüksəldi: iki bürünc medal — 4
XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər