Alvares “Barselona”ya gedir? “Atletiko”dan rəsmi təsdiq gəldi

Alvares “Barselona”ya gedir? “Atletiko”dan rəsmi təsdiq gəldi
31.08.2026 10:59 İdman

Xulian Alvaresin “Barselona”ya keçidinə “Atletiko”dan yazılı razılıq verilib. 

TodayPress TV xəbər verir ki, bu barədə “El Chiringuito” nəşrinin jurnalisti Jota Xordi məlumat yayıb.

Bildirilir ki, Madrid təmsilçisi argentinalı hücumçunun “Barselona”ya keçidinə yazılı şəkildə razılıq verib.

“Madrid “Atletiko”su Xuliana onun “Barselona”ya keçidinin təsdiqləndiyinə dair yazılı sənəd təqdim edib”, – Xordi bildirib.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında “Mançester Siti”dən “Atletiko”ya 75 milyon avro qarşılığında keçib. Müqaviləyə əsasən, əlavə bonuslarla birlikdə transferin ümumi məbləği 95 milyon avroya çata bilər.

Argentinalı hücumçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Alvares ötən mövsüm “Atletiko”nun heyətində 49 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Futbolçu 2026/2027-ci illər mövsümündə isə hələlik yalnız bir oyunda meydana çıxıb və qol vura bilməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər