40 klub, bir rekord: Levandovski Çempionlar Liqasını silkələdi
İdman
29.01.2026 10:41
Polşa millisinin və “Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında klubun sabiq hücumçusu Lionel Messinin tarixi nailiyyətini təkrarlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə statistik portal 365Scores məlumat yayıb.
Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində baş tutan görüşdə “Barselona” “Kamp Nou”da Danimarkanın “Kopenhagen” klubunu 4:1 hesabı ilə məğlub edib.
Mənbənin məlumatına görə, 37 yaşlı Levandovski Çempionlar Liqasında artıq 40 fərqli kluba qarşı qol vuran futbolçu olub. Bununla da o, bu göstəricidə Lionel Messi ilə birgə birinci pilləni bölüşür. Polşalı hücumçunun yubiley qolu məhz “Kopenhagen”in qapısına vurulub.
Qeyd edək ki, bu siyahıda növbəti pillədə qapılarına 38 fərqli klubdan qol vurduğu Kriştianu Ronaldu yer alır.
Namiq HUN
tag: Robert Levandovski,Barselona,UEFA,Rekord,Todaypress.tv,
