Yevlaxda meşəlik ərazi yanır

Yevlaxda meşəlik ərazi yanır
19.02.2026 21:17 Hadisə

Yevlax rayonunda meşəlik ərazidə yanğın başlayıb.

TodayPress TV "Teleqraf"a istinadən xəbər verir ki, yanğın Bərdə-Yevlax yolunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları cəlb ediliblər. Hazırda küləkli hava yanğının söndürülməsi işlərini çətinləşdirir.

Baş verən yanğın avtomobil yolunda sürücülərə də çətin anlar yaşadır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər