Ucarda zəncirvari yol qəzası baş verdi: 6 nəfər yaralandı
Ucarda zəncirvari yol qəzası olub.
TodayPress TV xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.
Belə ki, minik, yük və mikroavtobusun iştirakı ilə baş verən qəzada 6 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.